...

Türkiyə hər zaman Azərbaycanın işğal olunmuş əraziləri məsələsində fəal diplomatik səylər göstərib və bundan sonra da onları davam etdirəcək - Türkiyənin xarici işlər naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Aprel 2011 20:11 (UTC +04:00)
Türkiyə hər zaman Azərbaycanın işğal olunmuş əraziləri məsələsində fəal diplomatik səylər göstərib və bundan sonra da onları davam etdirəcək.
Türkiyə hər zaman Azərbaycanın işğal olunmuş əraziləri məsələsində fəal  diplomatik  səylər göstərib və bundan sonra da onları davam etdirəcək - Türkiyənin xarici işlər naziri

Fransa, Strasburq, 12 aprel / Trend, müxbir A.Məhərrəmli /

Türkiyə hər zaman Azərbaycanın işğal olunmuş əraziləri məsələsində fəal diplomatik səylər göstərib və bundan sonra da onları davam etdirəcək. T rend-in məlumatına görə, bu fikirləri AŞPA-nın yaz sessiyasının ikinci iş günündə Avropa Şurası Nazirlər Komitəsinin sədri, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu avroparlamentarilər qarşısında çıxışından sonra Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın sualına cavabında deyib.

Azərbaycanlı deputat sualında 9 yaşlı Fariz Bədəlovun Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi və Dağlıq Qarabağda Ermənistan tərəfindən aeroport tikinti məsələsinə toxunub.

"Martın 8-də Ermənistan silahlı qüvvələri öz evlərinin həyətində oynayan 9 yaşlı azərbaycanlı uşaq Fariz Bədəlovu snayperlə qətlə yetiriblər. Eyni zanmanda, Ermənistan AŞ, AŞPA-nın qətnamələrinə zidd olaraq, işğal etdiyi Azərbaycan torpaqlarında - Dağlıq Qarabağda aeroport tikir. Nazirlər Komitəsinin sədri kimi sizin bunlarla bağlı düşüncələrinizi bilmək istərdik. Nazirlər Komitəsi Ermənistanın bölgədə vəziyyəti daha da gərginləşdirən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlara zərbə vuran bu addımlarını dayandırması istiqamətində nə etməyi düşünür?", - Paşayeva soruşub.

Türkiyə XİN rəhbəri cavabındabeynəlxalq ictimaiyyətin bu işğal faktı, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərə, eləcə də regiondakı vəziyyətə lazımi diqqət və səylər göstərmədiyindən təəssüfləndiyini qeyd edib.

"AŞ Nazirlər Komitəsinin bu məsələdəki fəaliyyətinə gəldikdə, Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər barədə AŞ-nin mövqeyi var. Mən isə burada bu məsələyə Türkiyənin xarici işlər naziri kimi cavab vermək istərdim. Türkiyə hər zaman Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğal edilməsinə qarşı çıxıb. Bu işğalın ortaya çıxardığı insani faciələri dünyanın diqqətinə çatdırmağa çalışdıq. Və həqiqətən bu dondurulmuş münaqişə daha çox insani, humanitar problemlərə gətirib çıxarır. Təəssüf ki, beynəlxalq ictimaiyyət bu işğal faktı, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərə, eləcə də regiondakı vəziyyətə lazımi diqqət və səylər göstərmir. Biz Türkiyə olaraq, hər zaman Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasını dəstəklədik və hər zaman Azərbaycanın işğal olunmuş əraziləri məsələsində fəal diplomatik səylər göstərdik. Bundan sonra da bu səyləri davam etdirəcəyik", - Davudoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti