...

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə, liderlərin siyasi iradəsi lazımdır - Brenda Şafer

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2011 13:44 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə, Ermənistan və Azərbaycan liderlərinin siyasi iradəsi lazımdır.
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə, liderlərin siyasi iradəsi lazımdır - Brenda Şafer

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir T.Konyayeva/

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə, Ermənistan və Azərbaycan liderlərinin siyasi iradəsi lazımdır. Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin "Barak Obama Administrasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda təşkil etdiyi "dəyirmi masa"da Hayfa Universitetinin professoru Brenda Şafer bildirib.

"Lakin Dağlıq Qarabağ münaqişəsi kontekstində ABŞ və Rusiyanın qarşılıqlı münasibətlərini, eləcə də Rusiyanın kömək etmək istəyini qiymətləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, region ölkələrinin daxili vəziyyətinə təsir etmək imkanına malik Moskva regionda əsas oyunçulardan biridir", - Şafer bildirib.

Onun sözlərinə görə, ABŞ özünün iqtisadi maraqları üçün zəngin enerji resurslarına malik, eləcə də, Avropaya karbohidrogenlərin nəqli yollarının keçdiyi regiondakı bu münaqişənin həllində həqiqətən maraqlıdır.

Ekspertin sözlərinə görə, lakin bu münaqişə ilə bağlı çoxlu suallar meydana çıxır. "Əsas məqamlardan biri odur ki, ABŞ Konqresinin Dağlıq Qarabağa ayırdığı pullardan qətiyyən əhalinin ehtiyacları üçün istifadə olunmaması mümkündür", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti