...

Türkiyənin baş naziri Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistana sərt mesaj göndərdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 May 2011 14:46 (UTC +04:00)
Türkiyənin baş naziri Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistana sərt mesaj göndərdi
Türkiyənin baş naziri Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistana sərt mesaj göndərdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistana sərt mesaj göndərdi.

Trend-in "CNN-Türk"ə istinadən verdiyi məlumata görə, İqdırda yerli sakinlərlə təşkil olunan görüşündə çıxış edən baş nazir "Qarabağ bizim məsələmiz, Naxçıvan bizim məsələmizdir" söyləyərək, Naxçıvan yolunun bitdiyini və yaxın günlərdə açılacağını deyib.

Ərdoğan daha sonra bunları söyləyib: "Azərbaycanın kədəri bizim kədərimiz, Azərbaycanın sevinci bizim sevincimizdir. Burada, İqdırda bir da bəyan edirəm: Qarabağ problemi həllini tapmayınca Ermənistanla əlaqələrin normallaşması mümkün deyil.

Həmişə Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın yanında olmuşuq, bundan sonra da belə olacaq. Bu məsələdə kimsə bizdən başqa bir şey gözləməsin. Bu barədə bizə Avropa Şurası Parlament Assambleyasında suallar verən erməni və ermənipərəst millət vəkillərinə də lazımi cavabı verdik".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti