...

Avropa Parlamentində Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı vəziyyətə diqqət yetirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 May 2011 23:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend/

Avropa Parlamentinin 2011-ci il 11 may tarixli plenar iclasında Avropa İttifaqının Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin əsas aspektlərinin müzakirəsi çərçivəsində Parlamentin İsveçdən olan üzvü Anna İbrisaqiç çıxış edərək, Parlament üzvlərinin diqqətini Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətin gərginləşməsinə çəkmişdir.

İbrisaqiç həmçinin iclasda iştirak etmiş Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Ketrin Aştondan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən hadisələrindən xəbər olub-olmadığı və münaqişənin potensial qızışmasının qarşısının alınması istiqamətində Avropa İttifaqının hansı addımlar atmaq niyyətində olduğunu sorğu etmişdir.

Cavab olaraq Ali nümayəndə Aşton Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və Ermənistanla davamlı olaraq müzakirə etdiklərini və nizamlanma prosesinin irəliləməsinə dəstək verməyə çalışdıqlarını bəyan etmişdir.

Xəbər lenti

Xəbər lenti