...

Rusiya XİN rəhbəri RF Prezidentinin Dağlıq Qarabağla bağlı təklifini Azərbaycan Prezidentinə çatdırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2011 16:20 (UTC +04:00)
"Məmnuniyyətlə bu təklifləri Sizə təqdim edirəm. Hesab edirəm ki, Siz bu təkliflərlə tanış olduqdan sonra söylənilən ideyalara reaksiya verəcəksiniz", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
Rusiya XİN rəhbəri RF Prezidentinin Dağlıq Qarabağla bağlı təklifini Azərbaycan Prezidentinə çatdırıb

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

Kazanda keçirilən müzakirələrin yekunları üzrə Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentləri İlham ƏliyevSerj Sarkisyana son vaxtlar üç prezidentin formatında və ATƏT-in Minsk qrupu həmsədrlərinin - ABŞ, Rusiya və Fransanın nümayəndələrinin iştirakı ilə müzakirə olunan Dağlıq Qarabağ məsələsinin həllinin görüntüləri haqqında təkliflə məktub hazırlayıb. Trend-in məlumatına görə, bu barədə RF XİN-in saytındakı məlumatda deyilir.

"Məmnuniyyətlə bu təklifləri Sizə təqdim edirəm. Hesab edirəm ki, Siz bu təkliflərlə tanış olduqdan sonra söylənilən ideyalara reaksiya verəcəksiniz", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

Lavrovun sözlərinə görə, RF tərəfi Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üzrə Bakının mövqeyini tam bölüşür.

O bildirib ki, bir neçə gündən sonra Azərbaycanın xarici işlər naziri Rusiyaya rəsmi səfərə gələcək.

"Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında "Dövlət sərhədləri haqqında" müqavilənin ratifikasiyasına dair etimadnamələrin mübadiləsi keçiriləcək, xarici siyasi əməkdaşlığımızın möhkəmləndirilməsinə yönəlmiş bir sıra qərarlar qəbul ediləcək. Görüş və Rusiya Prezidentinin tapşırığı ilə müvafiq təklifin çatdırılması üçün yaradılan şəraitə görə bir daha Sizə təşəkkürümü bildirirəm", - Lavrov deyib.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti