...

ABŞ və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2011 00:43 (UTC +04:00)
Rusiya və ABŞ dövlət başçıları bu gün baş vermiş telefon danışıqları çərçivəsində regional və beynəlxalq problemlərin həllinə kömək məqsədi ilə ikitərəfli koordinasiya suallarını müzakirə ediblər. Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
ABŞ və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E. Tarıverdiyeva/

Rusiya və ABŞ dövlət başçıları bu gün baş vermiş telefon danışıqları çərçivəsində regional və beynəlxalq problemlərin həllinə kömək məqsədi ilə ikitərəfli koordinasiya suallarını müzakirə ediblər. Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, "ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərin başçıları olaraq, Dmitri MedvedevBarak Obama Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırki vəziyyəti haqqında fikirləri mübadiləsi aparıblar."

Rusiyalı həmkarın bu istiqamətdə atdığı addımları, və həmçinin, bu yaxınlarda Kazanda Azərbaycan və Ermənistan liderləri ilə keçirmiş görüşü ABŞ prezidenti tərəfindən yüksək qiymətləndirilib. Bundan əlavə, tərəflərin gələcəkdə də Bakı və Yerevanın problemin sülh yolu ilə həllinin axtarışlarında yardımçı olmaq məqsədi ilə birgə addımların atılmasına niyyətli olduğları qeyd olunub.

Kazan görüşünün nəticələrinə görə Rusiya prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentləri İlham ƏliyevSerj Sarqsyana Dağlıq Qarabağ münaqişəsinin həllinin variantlarını özündə birləşdirən və son vaxtlar üç prezidentin və həmsədr ölkələrin - ABŞ, Rusiya və Fransanın iştirakı ilə müzakirə olunmuş variantlardan ibarət təkliflər hazırlayıb. Rusiyanın Xarici işlər naziri Serqey Lavrov 7-8 iyul tarixlərində Bakı və Yerevana təçkil olunmuş səfərləri çərçivəsində bu təklifləri Azərbaycan və Ermənistan prezidentlərinə çatdırıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti