...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Avqust 2011 10:18 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 18-də saat 16:20-dən 16:35-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21:55-dən 22:10-dək, 22:50-dən 22:55-dək, avqustun 19-da saat 00:35-dən 00:41-dək və 01:50-dən 01:58-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti