...

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Sentyabr 2011 17:03 (UTC +04:00)
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Hərbi mənbənin Trend-ə verdiyi məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonu Aşağı Veysəlli kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 19 yaşlı Mustafazadə Fərhad Vüqar oğlu güllə yarası alıb.

Müstafazadə ötən ilin oktyabrında Şəki rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə məlumatı təsdiqləyib.

O bildirib ki, əsgər hospitala yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti