...

Rəsmi Bakı Ermənistan diplomatiyasının səmimiyyətinə şübhə edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Sentyabr 2011 20:08 (UTC +04:00)
Rəsmi Bakı dünya ictimaiyyətini və öz cəmiyyətini aldatmaqdan əl çəkməli olan Ermənistan diplomatiyasının səmimiyyətinə şübhə ilə yanaşır.
Rəsmi Bakı Ermənistan diplomatiyasının səmimiyyətinə şübhə edir

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Rəsmi Bakı dünya ictimaiyyətini və öz cəmiyyətini aldatmaqdan əl çəkməli olan Ermənistan diplomatiyasının səmimiyyətinə şübhə ilə yanaşır. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

"Müəyyən fəaliyyətə keçmək və iş görmək lazımdır, çünki sülh müqaviləsi çərçivəsində müəyyən razılıqlar mövcuddur", - Abdullayev deyib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevan Dövlət Universitetinin tələbələri ilə görüşdə deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına əngəl törədir.

"Biz də analoji üsulla deyə bilərik ki, erməni tərəfi uzun müddətdir yenilənmiş Madrid prinsiplərini qəbul etmir. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təklif olunmuş yenilənmiş Madrid sənədinin əsas prinsiplərini qəbul edib. Həmin prinsiplər hamıya məlumdur. Ermənistan isə, ilk növbədə, öz işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır ki, vətəndaşlarımız öz doğma evlərinə qayıtsınlar. Bir daha demək istərdim ki, erməni tərəfi uzun müddətdir yenilənmiş Madrid sənədinin əsas prinsiplərini qəbul etməkdən imtina edir", - Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan danışıqların konstruktiv aparılmasında maraqlıdır və daim öz mövqeyində bunu göstərib.

"Hazırkı vəziyyət, Ermənistanın onu qorumaq üçün əlindən gələni etməsinə baxmayaraq, Azərbaycan və dünya birliyi üçün qəbuledilməzdir. Münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həlli üçün Azərbaycan danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıdır", - Abdullayev vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti