...

Atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Oktyabr 2011 10:19 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində bir əsgərimiz yaralanıb.
Atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində bir əsgərimiz yaralanıb.

Hərbi mənbədən Trend-ə verilən məlumata görə, Bakının Xəzər rayonundan hərbi xidmətə çağırılmış Şükürlü Elnur Arif oğlu düşmən hərbiçilərin açdığı atəş nəticəsində döş qəfəsindən güllə yarası alıb və hospitala yerləşdirilib.

Əsgər bu ilin aprelində hərbi xidmətə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, ermənilərin açdığı atəş nəticəsində güllə qaya parçasına dəyərək istiqamətini dəyişib Şükürlünün qolunu yüngül yaralayıb.

Xəbər lenti

Xəbər lenti