...

ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona gələcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Oktyabr 2011 17:15 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri İqor Popov, Bernar Fasye və Robert Bradtke gələn həftə regiona gələcəklər.
ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona gələcəklər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir V.Javoronkova/

ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri İqor Popov, Bernar Fasye və Robert Bradtke gələn həftə regiona gələcəklər. Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibinin birinci müavini Uilyam Börns çərşənbə axşamı Bakıya səfəri zamanı jurnalitlərə bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti