...

Rusiya Dağlıq Qarabağ ətrafında vəziyyətin nizamlanmasına kömək etməyə davam edəcək - Prezident Dmitri Medvedev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Oktyabr 2011 16:04 (UTC +04:00)
Rusiya bundan sonra da Dağlıq Qarabağ ətrafında vəziyyətin nizama salınması üzrə danışıqlar prosesinə kömək etmək niyyətindədir.
Rusiya Dağlıq Qarabağ ətrafında vəziyyətin nizamlanmasına kömək etməyə davam edəcək - Prezident Dmitri Medvedev

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Rusiya bundan sonra da Dağlıq Qarabağ ətrafında vəziyyətin nizama salınması üzrə danışıqlar prosesinə kömək etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi RF Prezidenti Dmitri Medvedev erməni həmkarı Serj Sarkisyanla apardığı danışıqların yekununa həsr olunmuş mətbuat konfransında deyib.

"Bizim danışıqlarımızın əsas mövzusu Cənuvi Qafqazda sabitliyin möhkəmləndirilməsidir", - Medvedev bildirib.

O qeyd edib ki, Sarkisyanla Dağlıq Qarabağ ətrafında vəziyyətin qiymətləndirilməsi barədə fikir mübadiləsi aparıblar. "Mən şəxsən inanıram ki, münaqişənin ədalətli həllinə ancaq siyasi yolla nail olmaq olar", - RF dövlət başçısı bildirib.

O xatırladıb ki, son illər ərzində bu istiqamətdə az işlər görülməyib. "Rusiya bundan sonra da ATƏT-in Minsk qrupunun həmsədri qismində, həmçinin Azərbaycan və Ermənistan rəhbərliyinin birbaşa əlaqələri xətti üzrə danışıqlar prosesinə kömək etmək niyyətindədir", - Medvedev bəyan edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti