...

Dağlıq Qarabağ münaqişəsi bütün Qafqazın dərdidir - Gürcüstan Prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2011 16:44 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün Qafqazın dərdidir.
Dağlıq Qarabağ münaqişəsi bütün Qafqazın dərdidir - Gürcüstan Prezidenti

Gürcüstan, Tbilisi, 30 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün Qafqazın dərdidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Gürcüstan Prezidenti Mixail Saakaşvili Gürcüstan-Ermənistan biznes forumunda çıxışı zamanı deyib. Forumun işində Ermənistan Prezidenti Serj Sarkisyan da iştirak edib.

"Bu gün bizim üçün ən ağrılı problem Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişədir. Bu, bütün Qafqazın, eləcə də Gürcüstanın dərdidir", - Saakaşvili bildirib.

Onun sözlərinə görə, Qafqaz inteqrasiya etməlidir. Belə ki, bu, regionun yeganə inkişaf yoludur.

"Hesab edirəm ki, Qafqazın iqtisadiyyatı gələcəkdə inteqrasiya etməlidir", - Gürcüstan Prezidenti deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti