...

Əli Laricani: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq mövzuya çevrilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2012 20:16 (UTC +04:00)
İran parlamentinin spikeri Əli Laricani Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq mövzuya çevrildiyini bildirib.
Əli Laricani: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq mövzuya çevrilib

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir M.Salmanov/

İran parlamentinin spikeri Əli Laricani Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq mövzuya çevrildiyini bildirib.

"Biz əvvəllər də bildirmişik ki, münaqişənin nizamlanmasında hər kəs müzakirələrlə öz haqqına qovuşmalı və bir ölkənin ərazi bütövlüyünə xələl gətirilməməlidir", - Laricani Türkiyəyə səfəri öncəsi KİV-ə açıqlamasında deyib. Bu barədə çərşənbə günü Trend Türkiyənin "Radikal" qəzetinə istinadən məlumat verir.

Onun sözlərinə görə, İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır. "Əvvəllər də münaqişənin nizamlanma yolları haqqında təkliflər vermişik", - spiker qeyd edib.

Laricani bildirib ki, Türkiyə və İranın Azərbaycan xalqının haqqına qovuşması üçün oynaya biləcəyi siyasi rol bir-birinə yaxındır. Spriker onu da əalvə edib ki, bu, müəyyən bir yerə qədər bir-birinə yaxındır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti