...

Azərbaycan Ermənistanla münaqişənin danışıqlar yolu ilə nizamlanmasına sadiq qalır - BMT-dəki daimi nümayəndə

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Fevral 2012 11:10 (UTC +04:00)
Artıq 20 ildən bəri davam edən vasitəçilik səylərinin heç də həmişə ardıcıl olmamasına və hələlik heç bir nəticə verməməsinə baxmayaraq, Bakı Ermənistanla Azərbaycan arasındakı münaqişənin danışıqlar yolu ilə nizamlanmasına sadiq qalır.
Azərbaycan Ermənistanla münaqişənin danışıqlar yolu ilə nizamlanmasına sadiq qalır - BMT-dəki daimi nümayəndə

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Artıq 20 ildən bəri davam edən vasitəçilik səylərinin heç də həmişə ardıcıl olmamasına və hələlik heç bir nəticə verməməsinə baxmayaraq, Bakı Ermənistanla Azərbaycan arasındakı münaqişənin danışıqlar yolu ilə nizamlanmasına sadiq qalır. Bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev bəyan edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verir.

O, BMT Təhlükəsizlik Şurasının iclasında ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın Baş nazirinin müavini, xarici işlər və ticarət naziri Eymon Gilmorun brifinqi ilə əlaqədar çıxış edib.

Mehdiyevin sözlərinə görə, bu halda Bakı "davam edən siyasi prosesin əsasında bizim ərazilərimizin qanunsuz işğalının, müstəqilliyin bərpasının və Azərbaycanın ərazi bütövlüyünün saxlanmasına əsaslanan nizamlanmanın düsturuna, öz evlərindən zorla köçürülmüş şəxslərin qayıdışı və Azərbaycanın tərkibində Dağlıq Qarabağ regionunda azərbaycanlıların və ermənilərin sülh içində yaşamasına təminatın durduğuna əsaslanır".

Azərbaycanın səfiri "siyasi məsələlərdə razılığın olmamasından" "beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa və insan haqları sahəsində beynəlxalq hüquqa hörmətsizlik və sayğısızlıq göstərilməsindən ötrü" istifadə edilməsini qətiyyətlə pisləyib. Beləliklə, Mehdiyevin sözlərinə görə, "Azərbaycanın işğal olunmuş ərazilərində, xüsusilə demoqrafik, sosial və mədəni xarakterli dəyişiklərə yönəlmiş qanunsuz fəaliyyətlərin davam etməsi hazırkı status-kvonun gələcəkdə möhkəmlənməsinə aydın surətdə kömək edir".

Azərbaycanın BMT yanında daimi nümayəndəsi ATƏT-in fəaliyyətdə olan sədrinin /Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olur - qeyd İTAR-TASS-a məxsusdur/ "münaqişənin danışıqlar və beynəlxalq hüquq əsasında nizalanmasının perspektivlərinə ciddi əngəl yaradan bütün hərəkətlərin dərhal və qeyd-şərtsiz dayandırılmasının vacibliyində israr edəcəyinə" əminliyini ifadə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti