Azərbaycan, Bakı, 11 may /Trend/
ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) şənbə günü Yerevanda Ermənistan rəhbərliyi ilə görüşlər keçirəcəklər. Trend-in məlumatına görə, bu barədə Ermənistan XİN-in mətbuat xidməti xəbər verir.
Səfər zamanı həmsədrlərin Ermənistan Prezidenti Serj Sarkisyan və XİN rəhbəri Edvard Nalbandyanla görüşləri də nəzərdə tutulub. Xəbəri "Novosti-Armeniya" yazır.
Həmsədrlərin Azərbaycana da səfərləri planlaşdırılır.