...

Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verən növbəti sənəd qəbul olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 May 2012 09:53 (UTC +04:00)
Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verən növbəti sənəd qəbul olunub
Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verən növbəti sənəd qəbul olunub

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir S.Ağayeva/

Türkmənistanın paytaxtı Aşqabad şəhərində İslam Əməkdaşlığı Təşkilatının "Müsəlman Dünyasında Qaçqınlar" adlı nazirlər səviyyəsində keçirilmiş Beynəlxalq Konfransının yekununda qəbul edilmiş "Aşqabad Bəyannaməsi"ndə Azərbaycanın ərazi bütövlüyü məsələsi əksini tapıb.

Trend-in XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyannamədə qeyd olunur ki, təşkilat azərbaycanlı qaçqınlar və qovulmuş əhalinin təhlükəsizliyi, şərəf və ləyaqətləri təmin edilməklə öz evlərinə qayıtmaları üçün şərait yaradılmasını tələb edir və bu məqsədlə Azərbaycan hökuməti və xalqının göstərdiyi səylərə verilən dəstəklə tam şərikliyini bir daha təsdiq edir.

Qeyd edək ki, mayın 11-12-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İslam Əməkdaşlığı Təşkilatının "Müsəlman Dünyasında Qaçqınlar" adlı Nazirlər səviyyəsində keçirilmiş Beynəlxalq Konfransının yekununda "Aşqabad Bəyannaməsi"i qəbul edilib.

Bəyannamədə daha sonra qeyd olunub:

"Biz İƏT-in Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında qəbul edilmiş Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü barədə 10/38-POL saylı qətnaməsi və İƏT-in digər əlaqədar sənədlərini xatırladırıq. Bu kontekstdə biz 1 milyondan artıq azərbaycanlı qaçqın və Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu, ətrafındakı işğal olunmuş ərazilərdən qovulmuş əhalinin vəziyyəti və bu humanitar problemlərin ölçüləri, kəskinliyinə dair dərin narahatlığımızı ifadə edirik. Bu baxımdan, biz İƏT, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam şəkildə icrasını qətiyyətlə tələb edirik".

Xəbər lenti

Xəbər lenti