Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Ordusunun əsgəri minaya düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, hadisə cəbhənin Tovuz rayonu istiqamətində qeydə alınıb.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində minanın partlaması nəticəsində, Milli Ordunun əsgəri, 19 yaşlı Səadətdin Müslüm oğlu Məmmədov şəhid olub.
Məmmədov Goranboy Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri Tovuz istiqamətində minaya düşərək şəhid olub
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, hadisə cəbhənin Tovuz rayonu istiqamətində qeydə alınıb.
