...

Mixail Qusman: Dağlıq Qarabağ münaqişəsini yaxın vaxtlarda həll etmək vacibdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2012 17:09 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsini yaxın vaxtlarda həll etmək vacibdir. Trend-in məlumatına görə, İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman belə hesab edir.
Mixail Qusman: Dağlıq Qarabağ münaqişəsini yaxın vaxtlarda həll etmək vacibdir

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Dağlıq Qarabağ münaqişəsini yaxın vaxtlarda həll etmək vacibdir. Trend-in məlumatına görə, İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman belə hesab edir.

Onun sözlərinə görə, Azərbaycan BMT tərəfindən qəbul edilən Dağlıq Qarabağa dair qərarların reallaşdırılmasına nail olmağa çox israrlıdır.

Qusman əlavə edib ki, bu problemi sülh yolu ilə həll etmək üçün hələ vaxt var.

"İlk növbədə, Azərbaycanın işğal olunmuş əraziləri problemini həll etmək lazımdır. Dünyada ən çox sayda qaçqın Azərbaycandadır", - o deyib.

Xəbər lenti

Xəbər lenti