...

Azərbaycan Ermənistan işğalı altında olan Xocalı hava limanında fəaliyyət göstərən beynəlxalq şirkətlərə xəbərdarlıq etdi (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2012 19:40 (UTC +04:00)
Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Xocalı hava limanının istismara verilməsi ilə bağlı addımı beynəlxalq hüquqa zərbə vuracaq qədər təhlükəlidir.
Azərbaycan Ermənistan işğalı altında olan Xocalı hava limanında fəaliyyət göstərən beynəlxalq şirkətlərə xəbərdarlıq etdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir M.Əliyev/

Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Xocalı hava limanının istismara verilməsi ilə bağlı addımı beynəlxalq hüquqa zərbə vuracaq qədər təhlükəlidir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.

"Ermənistanın bu addımı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesinə xələl gətirir", - Abdullayev əlavə edib.

O qeyd edib ki, Xocalı hava limanında fəaliyyət göstərən bütün beynəlxalq şirkətlər Azərbaycanın işğal olunmuş ərazilərində öz qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmalıdırlar.

"Əks təqdirdə, Azərbaycan tərəfi adekvat addım atacaq", - mətbuat katibi bildirib.

Abdullayev bildirib ki, yayılan məlumatlara görə, bəzi beynəlxalq şirkətlər Ermənistan tərəfi ilə əməkdaşlıq edərək, Azərbaycanın işğal olunmuş ərazisindəki Xocalı hava limanında öz avadanlıqlarını quraşdırırlar.

Onun sözlərinə görə, onlardan biri Fransa-Almaniya birgə şirkəti olan "Tales"dir.

"Xocalı hava limanının Azərbaycan xalqı üçün böyük rəmzi əhəmiyyəti var. Bu hava limanı 25 fevral 1992-ci ildə işğal olunub və bundan dərhal sonra erməni silahlı birləşmələri Xocalı şəhərini dağıdıb, yerli əhaliyə qarşı soyqırım aktı həyata keçiriblər. Bu aeroportun ermənilər tərəfindən açılması orada şəhid olmuş azərbaycanlıların xatirəsinə hörmətsizlikdir və bu, məcburi köçkünlərin hiddətinə səbəb olub", - Abdullayev qeyd edib.

Ermənistan tərəfinin Xocalı hava limanından qanunsuz istifadə etməsi onun status-kvonu saxlamaq niyyəti kimi qiymətləndirilir və həmin hava limanına və ya hava limanından olan hər hansı uçuş Ermənistan təcavüzkarlığının davam etməsi deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti