...

Əli Əhmədov: Minsk qrupunun formatında ciddi dəyişikliyə ehtiyac var

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2012 17:16 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ədalətli bir vasitə tapılmalıdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.
Əli Əhmədov: Minsk qrupunun formatında ciddi dəyişikliyə ehtiyac var

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir M.Əliyev/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ədalətli bir vasitə tapılmalıdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

"Minsk qrupu çərçivəsində aparılan danışıqlar münaqişənin nizama salınmasına praktik kömək göstərilməsindən ibarətdir. 20 ildən çoxdur ki, münaqişə həll oluna bilmir və bir qurum ki, 20 il ərzində üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə, hesab edirəm ki, formatda hansısa ciddi dəyişikliklər etməyə ehtiyac var", - Əhmədov deyib.

O qeyd edib ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdardır.

"20 il ərzində münaqişənin həllində irəliləyiş olmayıbsa, eyni formatda aparılan danışıqların nəticə verəcəyinə nə dərəcədə inanmaq olar? Bu inam üçün insanda yüksək optimizm olmalıdır. Düşünürəm ki, Azərbaycan xalqında artıq bu optimizim yoxdur. Ancaq ədalətli bir vasitə tapılmalıdır ki, münaqişə həll olunsun, 100 minlərlə insanın əziyyətinə son qoyulsun", - YAP icra katibi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti