...

Almaniyada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Noyabr 2012 17:33 (UTC +04:00)
Millət vəkili Rasim Musabəyovun iştirak edəcəyi konfrans "Dağlıq Qarabağ sülh prosesi: münaqişənin həllində ədalətin rolu" mövzusunda keçiriləcək.
Almaniyada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir M.Əliyev/

Almaniya deputatları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparacaqlar. Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Millət vəkili Rasim Musabəyovun iştirak edəcəyi konfrans "Dağlıq Qarabağ sülh prosesi: münaqişənin həllində ədalətin rolu" mövzusunda keçiriləcək.

Noyabrın 23-dən başlayaraq Frankfurt şəhərində keçiriləcək müzakirələr almaniyalı deputatların təşəbbüsü ilə baş tutacaq. Tədbirdə Musabəyov münaqişənin nizamlanması prosesindəki mövcud durum barədə danışacaq, Azərbaycanın münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdar olmasını diqqətə çatdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti