...

Erməni silahlıları 7 istiqamətdə atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2012 09:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Erməni silahlıları 7 istiqamətdə atəşkəsi pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinarlı, İcevan rayonunun Berkaber kəndlərində, Füzuli rayonunun işğal olunmuş Aşağı Əbdülrəhmanlı, Ağdam rayonunun Mərzili, Cəvahirli, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti