...

Baltik Assambleyasının vitse-prezidenti: Dağlıq Qarabağ münaqişəsinin həlli dinc danışıqlar yolundan keçir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Dekabr 2012 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir M.Əliyev/

İstər Dağlıq Qarabağ münaqişəsi, istər Cənubu Osetiya və Abxaziya, istərsə də Dnestryanı və digər münaqişələrin həlli dinc danışıqlar yolundan və sülhdən keçir. Bu münaqişələrin həllində ikinci bir yol yoxdur. Trend-in məlumatına görə, bunu Baltik Assambleyasının (BA) vitse-prezidenti Raymonds Deyonis Bakıda jurnalistlərə deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, hələlik bu münaqişələrin həllində ciddi irəliləyişlər yoxdur, ümumiyyətlə, sülh yolu ilə irəliləyişlərə nail olmaq bir qədər çətin olur, xeyli vaxt tələb edir.

"Ancaq bir daha bildiririk ki, adıçəkilən münaqişələr sülh yolu ilə həll olunmalıdır. Burada ikinci bir həll yolu yoxdur, digər variantlardan söhbət gedə bilməz", - Deyonis bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti