...

Azərbaycan XİN: Dağlıq Qarabağ münaqişəsi üzrə növbəti danışıqlar yaxın həftələrdə keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Yanvar 2013 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə növbəti görüşü yaxın həftələrdə baş tutacaq. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib.

Onun sözlərinə görə, bu barədə razılıq bu gün Parisdə Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın iştirakı ilə Azərbaycanın xarici işlər naziri Elman Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə əldə edilib.

Abdullayev bildirib ki, Məmmədyarov görüşdə mətbuatda ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə, xüsusilə də Kəlbəcərə köçürülməsi barədə yayılan məlumatlarla bağlı Azərbaycan tərəfinin narahatlığını ifadə edib.

Elmar Məmmədyarov ölkənin işğal edilmiş ərazilərində aeroportdan uçuşlarla bağlı Azərbaycanın mövqeyini bildirib və Azərbaycan ərazilərinin işğalı davam etdikcə bu uçuşları qeyri-qanuni adlandırıb.

Abdullayevin sözlərinə görə, Azərbaycan XİN rəhbəri həmçinin bildirib ki, artıq böyük sülh sazişini imzalamağın vaxtı çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti