...

Cəbhədə vəziyyət günbəgün gərginləşir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2013 09:48 (UTC +04:00)
Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Cəbhədə vəziyyət günbəgün gərginləşir

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/

Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Sarıcalı, Qaraqaşlı və Şirvanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti