...

Xələf Xələfov: Ermənistan rəhbərliyinin Xocalı hava limanına uçuşların həyata keçiriləcəyina dair bəyanatları münaqişənin həllinə ciddi ziyan vurur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2013 11:26 (UTC +04:00)
Ermənistan rəhbərliyinin Xocalı hava limanına uçuşların həyata keçiriləcəyi ilə bağlı təxribat xarakterli bəyanatları və Suriyadan gələn ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırması kimi addımları münaqişənin həllinə və regionda sülh və sabitliyin bərqərar olmasına ciddi ziyan vurur.
Xələf Xələfov: Ermənistan rəhbərliyinin Xocalı hava limanına uçuşların həyata keçiriləcəyina dair bəyanatları münaqişənin həllinə ciddi ziyan vurur

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Ermənistan rəhbərliyinin Xocalı hava limanına uçuşların həyata keçiriləcəyi ilə bağlı təxribat xarakterli bəyanatları və Suriyadan gələn ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırması kimi addımları münaqişənin həllinə və regionda sülh və sabitliyin bərqərar olmasına ciddi ziyan vurur. Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi xanım Patrisia Florun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib. Məlumatı cümə günü XİN-in mətbuat xidməti yayıb.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Xələf Xələfov, Ermənistanın danşıqlar prosesində nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyin regionun təhlükəsizliyinə təhdid olduğunu diqqətə çatdırıb.

Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərində nəzarətsizlikdən istifadə edilərək narkotik maddələrin dövriyyəsi və terrorizm kimi qlobal sabitliyə təhdid təşkil edən faəliyyətlərin həyata keçirilməsinə diqqəti cəlb edən nazir müavini, beynəlxalq ictimaiyyət və Avropa İttifaqı tərəfindən Ermənistana təzyiqlərin artırılmasının zəruriliyini qeyd edib.

Görüşdə Azərbaycan-Aİ əməkdaşlığı, enerji və nəqliyyat layihələri, regional təhlükəsizlik, Xəzər regionu ilə əlaqədar məsələlər, Ermənistan-Azərbaycan münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Xanım Patrisia Flor ölkəmizə növbəti səfərindən və Avropa İttifaqı və Azərbaycan arasında çoxsahəli əməkdaşlığın mövcud vəziyyətindən məmnun olduğunu vurğulamışdır. Aİ-nin Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu qeyd edən P. Flor Azərbaycanın Aİ-nin Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı baxımından mühüm rolunu diqqətə çatdırmışdır. Avropanın enerji təchizatında Azərbaycanın vacib rol oynadığını və Aİ-Azərbaycan arasında yaradılmış strateji enerji tərəfdaşlığının əhəmiyyətini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti