...

Ağ Evin rəsmi saytında Xocalı soyqırımı barədə yerləşdirilən petisiya ilə bağlı yeni kampaniya başlayacaq (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2013 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.Mehdiyev/

Dünya Azərbaycanlı Gənclər Birliyi (DAGB) Ağ Evin rəsmi saytında Xocalı soyqırımı ilə bağlı yerləşdirilən petisiyaya lazım olan səsin toplanılması və daha geniş kütləyə çatdırılması məqsədilə yeni kampaniyaya başlayacaq.

Trend-in məlumatına görə, DAGB sədri Ramin Məmmədov bu gün keçirdiyi mətbuat konfransında qeyd edib ki, internetə çıxışı olmayan insanlar üçün planşetlər vasitəsilə səs vermək imkanı yaradılacaq.

O qeyd edib ki, artıq 42 mindən artıq şəxs səsvermədə iştirak edib. Onun sözlərinə görə, 25 fevrala kimi bu səslərin sayını 100 minə çatdırmaq lazımdır. O qeyd edib ki, əgər son tarixə qədər lazımi səslər toplanarsa, ABŞ Prezidenti Xocalı faciəsi ilə bağlı bəyanat verəcək və Ağ Evdə müzakirəyə çıxarılacaq.

Ramin Məmmədovun sözlərinə görə, ümumiyyətlə, ABŞ rəhbərliyinin dünyada baş vermiş hadisələrlə bağlı mövqeyinin öyrənilməsi ilk hadisə deyil.

"Bu imkan verəcək ki, dünya ölkələri, o cümlədən Ağ Evin rəsmi saytının istifadəçiləri bu səsvermədə iştirak etsinlər", - Məmmədov deyib.

O qeyd edib ki, DAGB-ə üzv olan həm yerli, həm də xaricdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatları vasitəsilə dünyanın bir çox ölkələrində bu istiqamətdə aktiv təbliğat işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti