...

Cəbhədə vəziyyət yenidən gərginləşib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2013 10:08 (UTC +04:00)
Erməni silahlı bölmələri mövqelərimizi iriçaplı silahlardan atəşə tutublar.
Cəbhədə vəziyyət yenidən gərginləşib

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İzzət/

Erməni silahlı bölmələri mövqelərimizi iriçaplı silahlardan atəşə tutublar.

Müdafiə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinarlı və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Əlibəyli kəndlərində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Nəmirli, Qaraqaşlı və Şuraabad, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri avtomat, pulemyot və iriçaplı pulemyotlardan atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti