...

Bayram Səfərov: Ermənistanda seçkilərdən sonra da ədalətin olacağını gözləmirəm

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2013 14:40 (UTC +04:00)
Ermənistanda seçkilərdən sonra hər hansı dəyişikliyin, ədalətin olacağını gözləmirəm. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib.
Bayram Səfərov: Ermənistanda seçkilərdən sonra da ədalətin olacağını gözləmirəm

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İ.İzzət/

Ermənistanda seçkilərdən sonra hər hansı dəyişikliyin, ədalətin olacağını gözləmirəm. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib.

"Ermənistan Respublikasında yazıq ermənilərin indi orada apardıqları nümayişlər seçki haqqında bütün dünyaya nə baş verdiyini göstərir. Amma çox təəssüf ki, başqa Qərb ölkələri bu seçkilərə münasibətdə fərqli heç nə demədilər. Onlar bunu "elə belə də olmalıdır" kimi qəbul etdilər", - Səfərov bildirib.

Səfərov Xocalı aeroportunun açılacağına inanmadığını deyib və vurğulayıb ki, aeroportdan uçuş yalnız Azərbaycan dövlətinin razılığı ilə ola bilər.

"Bütün dünya ictimaiyyəti bilir ki, Xocalıda olan aeroport, o torpaqlar Azərbaycana məxsusdur, azərbaycanlıların ata-baba torpaqlarıdır və bütün dünya Azərbaycanın ərazi bütövlüyünü qəbul edib. Azərbaycanın daxilində təyyarənin hara uçacağı Azərbaycan dövlətinin qanunlarına uyğun olaraq, istəyi ilə həyata keçəcək", - icma rəhbəri qeyd edib.

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünə gəlincə, Səfərov bildirib ki, onlar erməni icması ilə görüşü həmişə istəyirlər.

"Oradakı sadə ermənilərlə, erməni ziyalılarla görüşməyə həmişə hazırıq. İstəyirik ki, onlarla görüşək, danışıqlar aparaq. Onlara həqiqətləri çatdıraq. Bu gün Azərbaycanın, onun Prezidentinin siyasəti göz qabağındadır. Azərbaycanda istər məcburi köçkünlərə, istərsə də Ermənistandan olan qaçqınlara dövlət qayğısı göz qabağındadır. Azərbaycanda azsaylı xalqlar çoxdur. Hər birinə Azərbaycan Prezidentinin qayğısı və diqqəti var", - Səfərov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti