...

XİN: Azərbaycan istənilən vasitə ilə torpaqlarını qaytarmağa qadirdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2013 14:50 (UTC +04:00)
Hazırda Azərbaycan istənilən vasitə ilə torpaqlarını geri qaytarmağa qadirdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev "TRT Haber" telekanalına müsahibəsində deyib.
XİN: Azərbaycan istənilən vasitə ilə torpaqlarını qaytarmağa qadirdir

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir A.Tağıyeva/

Hazırda Azərbaycan istənilən vasitə ilə torpaqlarını geri qaytarmağa qadirdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev "TRT Haber" telekanalına müsahibəsində deyib.

"Azərbaycan öz torpaqlarını istənilən yolla qaytarmağa qadirdir. Lakin insan itkilərinin əleyhinə olduğumuza görə Azərbaycan üçün prioritet münaqişənin hərbi deyil, siyasi yolla həllidir", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan diplomatiyasının əsas məqsədi status-kvonun dəyişməsidir.

Abdullayev qeyd edib ki, Xocalı ərazisi azərbaycanlılara qarşı qırğının törədilməsi üçün təsadüfi seçilməyib. Onun sözlərinə görə, Xocalı faciəsinin əsas səbəblərindən biri şəhərin geostrateji mövqeyi, xüsusilə, orada aeroportun yerləşməsi idi.

Abdullayev bildirib ki, qırğına hazırda Ermənistanda qabaqcıl vəzifələr tutan və daha əvvəl tutmuş şəxslər rəhbərlik ediblər. Onlardan biri Ermənistanın indiki dövlət başçısı Serj Sarkisyan və sabiq prezident Robert Koçaryandır.

"Onlar hətta bu faktı gizlətməyə çalışmırlar və KİV-ə müsahibələrində dəfələrlə bu barədə bəyan və etiraf ediblər", - XİN rəsmisi deyib.

Abdullayev həmçinin qeyd edib ki, Azərbaycan Xocalı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışır və bunun nəticəsində Xocalı hadisələri bir sıra ölkələrin parlamenti tərəfindən soyqırım kimi tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti