...

Cəbhə xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Mart 2013 09:48 (UTC +04:00)
Erməni silahlı birləşmələri mövqelərimizi atəşə tutublar.
Cəbhə xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 23 mart /Trend/

Erməni silahlı birləşmələri mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şıxlar, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti