...

Ermənilər Azərbaycan ordusunun əsgərini yaralayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Aprel 2013 10:39 (UTC +04:00)
Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
Ermənilər Azərbaycan ordusunun əsgərini yaralayıb

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Trend xəbər verir ki, aprelin 9-da cəbhənin Füzuli rayonu istiqamətində baş verən atışma nəticəsində Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Şıxsəfiyev Fərhad Şıxvəli oğlu yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə təsdiqləyib ki, ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib və vəziyyəti normaldır.

Qeyd edək ki, əsgər Şıxsəfiyev Bakının Suraxanı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti