...

Eldar Sabiroğlu: Azərbaycan əraziləri işğaldan azad olunmayınca snayperlər geri çəkilməyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 May 2013 17:47 (UTC +04:00)
Bu gün Azərbaycanın bir qrup millət vəkili və ziyalılarından ibarət nümayəndə heyəti Azərbaycan-Ermənistan cəbhə xəttində, Beyləqan və Füzuli rayonlarındakı hərbi hissələrdə olub.
Eldar Sabiroğlu: Azərbaycan əraziləri işğaldan azad olunmayınca snayperlər geri çəkilməyəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İzzət/

Bu gün Azərbaycanın bir qrup millət vəkili və ziyalılarından ibarət nümayəndə heyəti Azərbaycan-Ermənistan cəbhə xəttində, Beyləqan və Füzuli rayonlarındakı hərbi hissələrdə olub.

Trend xəbər verir ki, nümayəndə heyətinin tərkibinə millət vəkilləri Gövhər Baxşəliyeva, Sahibə Qafarova, Nizami Cəfərov, İlham Məmmədov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Dilçilik İnsititunun baş elmi işçisi Rafiq Qasımov, xalq şairi Söhrab Tahir, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və xalq artisti Ramiz Quliyevin rəhbərlik etdiyi Əhsən Dadaşov adına xalq çalğı alətləri ansamblı daxildir.

Əvvəlcə onlar Beyləqan rayonu, daha sonra isə Füzuli rayonunda təmas xəttindəki hərbi hərbi hissələrdə olaraq hərbçilərin yaşayışı, qidalanması və yataq şəraiti ilə tanış olublar. Onlar ön xəttə gələrək düşmən tərəfin mövqelərini də nəzərdən keçiriblər.

Daha sonra jurnalistlərin suallarını cavanlandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu son zamanlar əsgər ölümləri ilə bağlı məlumatların bəzi müxalif qüvvələr tərəfindən şişirdildiyini qeyd edib.

Eldar Sabiroğlu son vaxtlar cəbhə xəttində snayperlərin geri çəkilməsi ilə bağlı məsələyə də münasibət bildirib.

"Snayperlərin geri çəkilməsi yalnız Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra mümkün ola bilər", - Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti