Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.Mehdiyev/
Bu gün QHT Əməkdaşlıq Alyansı Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Şuranın ötən ildən başlamış "Şuşaya Azadhq" kampaniyası çərçivəsində gənc rəssamların işğala həsr edilmiş əsərlərinin sərgisini və ildönümlə bağlı açıq müzakirə - aksiya keçirib.
Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın millət vəkilləri, Şuşa sakinləri, ictimaiyyət və QHT nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QHT Əməkdaşlıq Alyansının həmsədri Rufız Qonaqov bidirib ki, "Şuşaya Azadlıq" kampaniyası çərçivəsində internet üzərindən Azərbaycan və ingilis dillərində irimiqyaslı kampaniya aparılmaqdadır.
Onun sözlərinə görə, artıq Şuşanın görkəmli yerləri və şəxsiyyətləri haqqında virtual posterior hazırlanaraq "Facebook" üzərindən yayılır.
"Bununla bərabər, Şuşanın zəngin musiqi mədəniyyətinin erməni işğalçılar tərəfindən dağıdılması, onun zəngin mədəniyyətinə böyük ziyan vurulması barədə minlərlə müraciətin UNESCO-ya göndərilməsi də davam edir", - Qonaqov deyib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev açılış nitqi ilə çıxış edərək Şuşanın işğalının 20-ci ildönümünə həsr edilmiş "Şuşaya Azadlıq" kampaniyasının işğalın 21-ci ildönümündə də davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
О qeyd edib ki, Şuranın ötən il başladığı "Şuşaya Azadlıq" kampaniyası uğurla davam etməkdədir. Şuşanın işğal altında olması Azərbaycan xalqının heysiyyətinə toxunur.
"Bu musiqi mədəniyyəti ocağının Ermənistanın işğalçı qüvvələrinin tapdağı altında qalması bizi çox narahat edir və borcumuzdur ki, onun azad olunması üçün beynəlxalq kampaniya aparaq. Kampaniya çərçivəsində hər bir beynəlxalq təşkilatın qapısını döyək, həqiqətləri onlara çatdıraq və Azərbaycanın dilbər guşəsi olan Şuşanın azad edilməsinə nail olaq", - Quliyev deyib.
Azay Quliyev aparılan kampaniya ilə bağlı gözləntilərə də toxunub. О qeyd edib ki, Ermənistan son cəhdlərini göstərməkdədir və Azərbaycanın artan iqtisadi, siyasi və hərbi qüdrəti qarşısında uzun müddət tab gətirə bilməyəcək.
Daha sonra tədbirdə işitirak edən digər qonqalar oz təəssüratlarını bölüşüblər. Tədbir rəsm əsərlərinin sərgisi ilə davam etdirilib.