...

Elman Abdullayev: Ermənistan qoşunlarının Azərbaycan ərazisində yerləşdirilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ən böyük maneədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2013 12:45 (UTC +04:00)
Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazisində yerləşdirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ən böyük maneə olaraq qalır.
Elman Abdullayev: Ermənistan qoşunlarının Azərbaycan ərazisində yerləşdirilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ən böyük maneədir

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazisində yerləşdirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ən böyük maneə olaraq qalır. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Türkiyənin "24" televiziya kanalının "Küresel" verilişinə müsahibəsində deyib:

"Hazırda dünya ictimaiyyəti, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri status-kvonun dəyişdirilməsində israr edirlər. Dünyada elə bir ölkə və ya beynəlxalq təşkilat yoxdur ki, bu münaqişədə Azərbaycanın mövqeyini dəstəkləməsin".

O əlavə edib ki, Ermənistanın həsmsədrlərin təklifləri əsasında münaqişəni nizamlamağa nail olmağa hazır olmasını bəyan etməsi sevindirici haldır.

Onun sözlərinə görə, əgər Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında səsləndirilən və yenilənmiş Madrid prinsiplərinin əsasını təşkil edən bütün 6 prinsipi həqiqətən də qəbul edərsə, bu, hərtərəfli sülh müqaviləsi üzərində işləməyə başlamağa imkan verəcək: "ATƏT-in Minsk qrupunun təklif etdiyi 6 maddə bunlardır: Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi və təhlükəsizlik və özünü idarəetmə zəmanətinin təmin edilməsi, əvvəlki yaşayış yerlərinə qayıtmaları üçün daxili yerdəyişmə edən şəxslərin və qaçqınların hüquqlarının təmin edilməsi, Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin açılması, gələcəkdə hüquqi cəhətdən mütləq iradəsini bildirmə əsasında Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsi, sülhə yardım edilməsi üzrə əməliyyatlar da daxil olmaqla beynəlxalq təhülkəsizlik zəmanəti".

Onun sözlərinə görə, Azərbaycan danışıqların aparılması üçün zəmin olaraq bütün bu altı prinsipi qəbul edir.

Abdullayevin fikrincə, Minsk qrupu öz missiyasına daha ciddi yanaşmalı və Ermənistana təzyiq göstərməlidir.

ABŞ dövlət katibi Con Kerrinin Vaşinqtonda Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarovla keçirdiyi son görüşündən sonra verdiyi bəyanat onu göstərir ki, ABŞ münaqişənin nizamlanmasına və regionda sülh və təhlükəsizliyin təminatına ciddi maraq göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti