...

ATƏT-in təmas xəttində monitorinqi baş tutdu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2013 15:28 (UTC +04:00)
ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqi baş tutub.
ATƏT-in təmas xəttində monitorinqi baş tutdu

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/

ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqi baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 6-da Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov keçirib.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Yevgeni Şarov keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti