...

ABŞ səfiri: Çox da uzaq olmayan gələcəkdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyinə ümid edirəm

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2013 10:31 (UTC +04:00)
Çox da uzaq olmayan gələcəkdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşə biləcəyinə ümid edirəm.
ABŞ səfiri: Çox da uzaq olmayan gələcəkdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyinə ümid edirəm

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir S.Əhmədova/

Çox da uzaq olmayan gələcəkdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşə biləcəyinə ümid edirəm. Trend-in məlumatına görə, bunu ABŞ səfiri Riçard Morninqstar jurnalistlərə deyib.

Onun sözlərinə görə, dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həllində çox maraqlıdır və hər iki tərəflə çox fəal münasibətlər qurur. Səfir bu konfliktin həll ediləcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu tərəfindən Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə iyunun 12-də Zalsburqda planlaşdırılmış danışıqlarının növbəti raundu baş tutmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti