...

Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2013 09:37 (UTC +04:00)
Erməni silahlı qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub.
Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub

Azərbaycan, Bakı, 24 iyun / Trend /

Erməni silahlı qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Aşağı Abdülrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti