Azərbaycan, Bakı, 18 iyul /Trend/
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini və Azərbaycan-Aİ əməkdaşlığının inkişafı məsələlərini müzakirə edəcək. Bu barədə Trend-ə cümə axşamı Aİ-nin Bakı ofisindən bildiriblər.
Lefortun gələn həftə Bakıya səfər edəcəyi gözlənilir.
Aİ-nin xüsusi nümayəndəsi hazırda Yerevanda səfərdədir. O bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib. Bu barədə Ermənistan mətbuatı xəbər verir.