Azərbaycan, Bakı, 26 iyul /Trend/
Cəbhə xəttində gərginlik davam edir.
Trend-in Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.