...

Mövqelərimiz yenidən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Sentyabr 2013 09:19 (UTC +04:00)
Ermənilərin cəbhə xəttində təxribatları davam edir.
Mövqelərimiz yenidən atəşə tutulub

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Cəbhə xəttində qeyri-sabitlik davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Alxanlı, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Xocavənd rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti