...

Mövqelərimiz atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2013 09:40 (UTC +04:00)
Cəbhə xəttində atəşkəs rejimi pozulub
Mövqelərimiz atəşə tutulub

Azərbaycan, Bakı, 30 sentyabr / Trend müxbir M.Əliyev/

Cəbhə xəttində atəşkəs rejimi pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Ağdam rayonunun Mərzili, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti