...

Amerikalı həmsədr Londonda Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2013 12:41 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Londona səfər edib.
Amerikalı həmsədr Londonda Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edir

Azərbaycan, Bakı, 22 oktyabr / Trend, müxbir S.Əhmədova /

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Londona səfər edib. Trend-in məlumatına görə, bu barədə C. Uorlik öz "Twitter" səhifəsində bildirib.

C.Uorlik Londonda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparacaq.

Qeyd edək ki, amerikalı həmsədr dünən Azərbaycanda səfərdə olub. O, Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti