Azərbaycan, Bakı, 29 oktyabr /Trend/
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi yenidən pozulub.
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Mərzili, Tərtər rayonunun Seysulan və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.