...

Erməni silahlı bölmələrinin cəbhə xəttində təxribatı davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Oktyabr 2013 11:07 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Erməni silahlı bölmələrinin cəbhə xəttində təxribatı davam edir

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Erməni silahlı bölmələrinin cəbhə xəttində təxribatı davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Tərtər rayonunun Göyarx, Qızıloba, Çiləbürt, Goranboy rayonunun Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti