...

ABŞ-ın ATƏT-dəki nümayəndəsi: Azərbaycan və Ermənistan prezidentləri arasında görüş münaqişənin həllinə yeni stimul verə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2013 10:23 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri arasında görüş Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni stimul verə bilər.
ABŞ-ın ATƏT-dəki nümayəndəsi: Azərbaycan və Ermənistan prezidentləri arasında görüş münaqişənin həllinə yeni stimul verə bilər

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan və Ermənistan prezidentləri arasında görüş Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni stimul verə bilər. Trend-in məlumatına görə, bunu ABŞ-ın ATƏT-dəki nümayəndəsi Deniel Ber ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında bildirib.

D.Ber deyib: "Biz Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşmək və münaqişənin həlli istiqamətində növbəti addımları müzakirə etmək niyyətlərini alqışlayırıq. İndi sözdən əmələ keçmək vaxtıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həllinə nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyə sadiq qalmaqda davam edir".

Onun sözlərinə görə, ABŞ həmsədrlərin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin fəaliyyətini dəstəkləyir və onların münaqişə tərəfləri ilə davamlı fəaliyyətini qiymətləndirir: "Münaqişənin sülh və danışıqlar yolu ilə həllinə başqa alternativ yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti