...

ABŞ Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşü alqışlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Noyabr 2013 02:26 (UTC +04:00)
ABŞ Azərbaycan və Ermənistan prezidentləri arasında bu gün Vyanada keçirilən görüşü alqışlayır.
ABŞ Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşü alqışlayır

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

ABŞ Azərbaycan və Ermənistan prezidentləri arasında bu gün Vyanada keçirilən görüşü alqışlayır. Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət departamentinin rəsmi saytında deyilir.

"Biz Azərbaycan və Ermənistan prezidentlərinin bu birinci addımlarına görə yüksək qiymətləndiririk, və tövsiyə edirik ki, onlar yaxın aylarda növbəti görüş barədə razılığa gəlsinlər," dövlət departamentinin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

Onun sözlərinə görə, iki il fasilədən sonra prezidentlərinin ilk görüşü dialoqun yenidən baxılması üçün mühüm addımdır və liderlərinin Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə sadiqliyini nümayiş etdirir.

"ABŞ, Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədri kimi, hər iki prezidenti iki tərəfin insanları üçün ağır yük olan münaqişənin sülh yolu ilə həlli istiqamətində fəal işləməyə təkidlə çağırır", - Psaki əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti