...

Ermənistan ordusu müxtəlif istiqamətlərdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Noyabr 2013 09:48 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan ordusu müxtəlif istiqamətlərdə atəşkəsi pozub

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Ermənistan ordusu müxtəlif istiqamətlərdə atəşkəsi pozub.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Tərtər rayonunun Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti