...

Nümayəndələr Palatasının sədri: İndoneziya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Dekabr 2013 10:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir S.Əhmədova/

İndoneziya hər zaman Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın İndoneziyadakı səfirliyindən Trend-ə verilən məlumata əsasən, bunu İndoneziya Parlamentinin Nümayəndələr Palatasının sədri Marzuki Əli Nümayəndələr Palatasının qarşısında yekun nitqində Ermənistan-Azərbaycan münaqişəsinə dair Parlamentin rəsmi mövqeyini bildirərkən deyib.

Onun sözlərinə görə, İndoneziya beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və sərhədlərin toxunulmamazlığını dəstəkliyir.

Nümayəndələr Palatasının sədri bildirib ki, ölkəsi Dağlığ Qarabağ münaqişəsinin sülh yolu ilə, BMT tərəfindən qəbul olunmuş 4 qətnamə əsasında həllinin tərəfdarıdır, ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqlarının davam etdirilməsini dəstəkləyir.

Marzuki Əlinin sözlərinə görə, İndoneziya Xocalı soyqırımına dərin kədərlə yanaşır və bu soyqırımın törədilməsini qətiyyətlə pisləyir.

Nümayəndələr Palatasının sədri qeyd edib ki, İndoneziya Parlamentinin Nümayəndələr Palatası Ermənistan-Azərbaycan münaqişəsi bitmiyənə qədər Ermənistanda diplomatik nümayəndəliyin açılmasına icazə verməyəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasinin İndoneziyadaki səfirliyi Ermənistanın Azərbaycana qarşı təcavüzünə və Xocalı soyqırımına İndoneziya hökuməti tərəfindən rəsmi qiymət verilməsi istiqamətində işlərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti